​Şimali Koreya Sarı dəniz istiqamətində ballistik raket atıb

​Şimali Koreya Sarı dəniz istiqamətində
14:45 05.11.2022
324 Siyasət
A- A+

Şimali Koreya Sarı dəniz istiqamətində dörd qısamənzilli ballistik raket atıb.

Bu barədə məlumatı "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadla yayıb.

Məlumatda qeyd edilir ki, raketlər təxminən 20 kilometr yüksəkliyə qədər qalxıb və 130 kilometr məsafə qət edə bilib.