​ABŞ Cənubi Koreyada “B-1B”lərdən istifadə edəcək

​ABŞ Cənubi Koreyada “B-1B”lərdən
16:15 05.11.2022
227 Siyasət
A- A+

ABŞ bu gün Cənubi Koreyada keçirəcəyi hərbi təlimlərdə bombardmançı təyyarələr istifadə edəcək.

Son günlər Şimali Koreyanın bir çox silahları sınaqdan keçirməsindən sonra ABŞ Hərbi Hava Qüvvələri Cənubi oreyadakı təlimlərdə "B-1B" təyyarələri istifadə etmək qərarı alıb. 

Məlumata görə, iki ölkənin birgə hava təlimləri bazar ertəsindən davam edir və KXDR-in təxribatlarına cavab olaraq bir gün də uzadılıb və şənbə gününə qədər davam edəcək.

Qeyd edək ki, “B-1B” 2017-ci ildən sonra ilk dəfə ABŞ-Koreya təlimlərində istifadə olunacaq.