Maraqlı hadisə Hindistanın Çattisga əyalətində meydana gəlib.
8 yaşlı Depak adlı uşaq oyun oynayarkən kobranın hücumuna məruz qalıb. Lakin o, zəhərli kobradan canını qurtarmağı bacarıb. Belə ki, uşaq kobranı iki dəfə dişləyərək öldürə bilib.
Hadisədən sonra "The New Indian Express"ə danışan Depak bildirib:
"İlan qoluma dolandı və məni dişlədir. Çox ağrı çəkirdim, özümü qurtarmaq üçün ilanı 2 dəfə dişlədim, öldü".
Xəstəxanaya aparılan uşağın həyati təhlükəsi olmadığı qeyd edilib.