Nigeriyada meydana gələn icmalararası toqquşmalarda azı 18 nəfər ölüb.
Bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Benue əyalətinin rəsmisi Nataniel İkur bildirib ki, fulani icmasından bir qrup silahlı şəxs noyabrın 3-ü Ukohol kəndinə hücum edərək 18 nəfəri güllələyib.
Ölənlər arasında qadınlar və uşaqlar da var.
Qeyd edək ki, Fulani köçəriləri və fermerlər arasında münaqişə ölkənin bir neçə əyalətini əhatə edir.