​Türkiyədən İmran Xana edilən sui-qəsdə reaksiya

​Türkiyədən İmran Xana edilən sui-qəsdə
18:30 05.11.2022
220 Siyasət
A- A+

"Pakistanın sabiq baş naziri İmran Xana edilən və 1 nəfərin öldüyü sui-qəsdi şiddətlə qınayırıq".

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb:

“Bu mənfur hücumda həyatını itirən şəxsin ailəsinə səbr, dəyərli İmran Xana isə şəfa diləyirik. Dost və qardaş Pakistanın sülh və sabitliyinə önəm verən Türkiyə hər zaman bu dövlətin yanında olacaq”.