"Borussiya Dortmund" klubunun gənc oyunçusu Yussuf Mukoko Almaniya Bundesliqasında rekorda imza atıb.
Mukoko Bundesliqanın 13-cü turunda "Bohum"la matçda dubl edib. Bu onun yerli çempionatda vurduğu 11-ci qol olub.
17 yaş 350 günlüyündə olan Mukoko 10 qol səddinə ən tez çatan futbolçu olub.