​Çin orbitə rabitə peyki çıxarıb

​Çin orbitə rabitə peyki
20:30 05.11.2022
A- A+

Çinin “Çançjen-3B” raket daşıyıcısı “Cunsin-19” rabitə peykini Yerin orbitinə uğurla çıxarıb.

Bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb. Peykin orbitə buraxılışı Siçan kosmodromundan həyata keçirilib.

Verilən məlumatına görə, orbitə çıxarılan qurğu yüksək siqnalötürmə sürətinə və geniş əhatə dairəsinə malikdir. O, Çinin şərqində, Cənub-Şərqi Asiyada və Sakit Okeanın əksər hissəsində istifadəçilərə bağlantı təmin edəcək.

Qurğu vasitəsilə təmin edilən rabitə Sakit Okeandakı gəmilər və okean üzərindən üçan təyyarələrlə əlaqə qurulmasında istifadə ediləcək.