İtaliyada helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.
Bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb. Hadisə İtaliyanın cənubundakı Focca şəhəri yaxınlığında baş verib.
Məlumata görə, ölənlərdən 5-i Sloveniyadan olan turistlərdir. Ölənlərin bir ailə üzvü olduqları və aralarında azyaşlı qız olduğu bildirilir. Eyni zamanda pilot və yerli həkim də ölənlər arasındadır.
Qəzanın səbəbləri araşdırılır. Hadisə zamanı bölgədə tufan olduğu bildirilir.