Aralıq dənizində qanunsuz miqrantları xilas edən qeyri-hökumət təşkilatına məxsus gəminin İtaliya limanlarına yanaşması qadağan edilib.
Bu barədə İtaliya höküməti qərar qəbul edib.
Təqribən 180 miqrantı xilad edən "Hummanity-1" gəmisinin Kataniya limanından xaricdə dayandırılması qərara alınıb. Buna görə də, gəmidəki miqrantlar enmədən beynəlxalq sulara qaytarılacaqlar.
Qeyd edək ki, İtaliya bundan öncə xilasetmə gəmisinin Almaniya tərəfindən qəbul edilməsi üçün nota vermişdi.