​Zəfər Günü Dənizkənarı Milli Parkda bayram konserti olacaq

​Zəfər Günü Dənizkənarı Milli Parkda
13:30 06.11.2022
252 Ölkə
A- A+

Bakı şəhərində Dənizkənarı Milli Parkda Zəfər Günü ilə bağlı noyabrın 8-də təşkil ediləcək bayram konsertinə hazırlıq işləri aparılır.

Milli Parkda yerləşən “Saat qülləsi” yaxınlığında konsertlə əlaqədar səhnə quraşdırılır.

Konsert proqramının noyabrın 8-də saat 19.00-da başlanacağı, saat 21.00-da isə atəşfəşanlığın olacağı bildirilib.