​17 yaşlı qız doğuşdan sonra öldü - Azərbaycanda dəhşətli hadisə

​17 yaşlı qız doğuşdan sonra öldü - Azərbaycanda
16:45 06.11.2022
270 Hadisə
A- A+

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayeva qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təhqiqat aparılır.