"Putinin aşpazı" kimi tanınan Rusiyanın "Vaqner" təşkilatının sahibi Yevgeni Priqojin Ukraynada döyüşmək üçün məhbuslardan istifadə edir.
Bu məlumatı ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu yayıb. Məlumatda bildirilir ki, son iki ayda Ukraynadakı müharibədə "Vaqner" sıralarına cəlb olunmuş 1000 nəfərədək rus məhbus öldürülür.
Bu da onu deməyə əsas verir ki, "vaqner" sıralarına əsasən məhbuslar cəlb olunur.