Ukrayna ordusu Zaporojye vilayətinin Basan yaşayış məntəqəsində Rusiya hərbçilərinə zərbələr endirib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində rusların 10-a yaxın hərbi texnikası və 50 hərbçisi məhv edilib.
Xerson vilayətinə endirilən zərbələr nəticəsində Rusiya ordusunun 20 hərbi texnikası məhv edilib, 80 hərbçisi isə yaralanıb.