​Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

​Yevlaxda iki avtomobil toqquşub,
16:30 06.11.2022
212 Hadisə
A- A+

Yevlax rayonunun Gülövşə kəndində 2 avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21011" markalı avtomobil digər minik avtomobili ilə toqquşub, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü X.Məmmədli və daha bir nəfər xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.