​Bu ölkələr Polşda birgə təlimlərə başlayıb

​Bu ölkələr Polşda birgə təlimlərə
18:00 06.11.2022
224 Siyasət
A- A+

Polşada Vışeqrad dördlüyü ölkələrinin “Puma-22” adı altında hərbi təlimləri başlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, təlimlərdə Polşa, Çexiya, Slovakiya, Macarıstan, Böyük Britaniya və ABŞ-dan olan 2 mindən çox hərbçi, eləcə də 300 hərbi texnika iştirak edəcək. Təlimlərin noyabrın 9-dək davam edəcəyi bildirilib.

Vışeqrad dördlüyünə Polşa, Çexiya, Slovakiya, Macarıstan daxildir.