Ukrayna Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya Ukraynadakı müharibədə 75 930 hərbçi, 2 765 ədəd tank, 5 611 ədəd zirehli döyüş maşını, 1781 ədəd artilleriya sistemi, 391 ədəd reaktiv yaylım atəş sistemi, 202 hava hücumundan müdafiə sistemi, 277 ədəd hərbi təyyarə, 260 ədəd helikopter, 4184 ədəd avtomobil texnikası, 1465 ədəd PUA, 399 qanadlı raket, 16 gəmi/qayıq, 155 xüsusi avadanlıq itirib.