Rusiya ordusu Luqansk vilayətinin Makeyevka rayonunda 500 hərbçisini itirib.
Bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib. O həmçinin bildirib ki, həmin hərbçilərin cəsədləri ortada qalıb və ruslar kompensasiya ödəməmək üçün cəsədləri götürmürlər.
Qayday deyib ki, ruslar Beloqorovkanı yenidən tutmaq üçün səy göstərirlər.