​Ukraynadakı müharibə ABŞ neft şirkətlərinin gəlirini artırıb

​Ukraynadakı müharibə ABŞ neft şirkətlərinin
22:00 06.11.2022
A- A+

ABŞ neft istehsalçıları Ukraynada müharibə başladığı gündən bəri 200 milyard dollar qazanıblar.

Bu barədə “Financial Times” məlumat yayıb. Məlumatda bildirilir ki, bu gəlir dünya enerji bazarını sarsıdan və qiymətlərin kəskin şəkildə yüksəlməsi ilə nəticələnən geosiyasi hadisələr nəticəsində artıb.

ABŞ-ın “S&P Global Commodity İnsights” agentliyinin analitik hesabatında əks olunur ki, ilin ikinci və üçüncü rüblərində ABŞ-da fəaliyyət göstərən neft-qaz şirkətlərinin xalis gəliri 200,24 milyar dollar olub.