Yaponiya ordusu hipersəs raketlərlə təchiz ediləcək.
Bu barədə “Nikkei” nəşri məlumat yayıb. Yaponiya Müdafiə Nazirliyi gələcəkdə hava hücumlarının qarşısının alınması üçün bu addımı atmağa hazırlaşır.
Məlumatda deyilir ki, bu raketlər səsdən 5 dəfə çox sürətlə qeyri-müntəzəm orbitdə buraxılmaq imkanına malikdirlər.