​ABŞ və İranın ticarət dövriyyəsi kəskin artdı

​ABŞ və İranın ticarət dövriyyəsi
23:00 06.11.2022
A- A+

İran və ABŞ arasında ticarət dövriyyəsi 2022-ci ilin ilk doqquz ayında 41% artıb.

Bu barədə ABŞ-ın Əmək Statistikaları üzrə Federal Bürosu məlumat yayıb. Büro bu ilin sentyabrında İrandan ABŞ-a mal ixracının artdığını bildirib.

Ümumilikdə, 2022-ci ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ilin eyni dövründəki 29,9 milyon dollara qarşı 42 milyon dollar təşkil edib.

Göstərilən dövrdə ABŞ-ın İrana ixracının həcmi 2021-ci ildəki 29,3 milyon dollarla müqayisədə 31,3 milyon dollar təşkil edib. ABŞ-ın İrandan idxalının həcmi də xeyli artıb: əgər ötən ilin ilk 9 ayında cəmi 0,6 milyon dollarlıq mal idxal edilibsə, sonra bu ilin eyni dövründə 10,9 milyon dollar idxal olunub. Bu göstərici 2021-ci illə müqayisədə 18 dəfə artıb.

Mənbə: Axar.az