​Rusiya "enerji soyqırımı" planlaşdırır - Podolyak

​Rusiya
23:15 06.11.2022
256 Siyasət
A- A+

Rusiya Ukrayna infrastrukturuna kütləvi zərbələr endirməklə “enerji soyqırımı”nı həyata keçirməyə çalışır.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Gəlin açıq deyək, Rusiya "enerji soyqırımı" həyata keçirməyə çalışır, lakin Kiyev və Ukrayna dik dayanacaq. Tədbir planı sadədir: hava hücumundan müdafiə sistemləri, infrastruktur obyektlərin mühafizəsi, istehlakın optimallaşdırılması... Dövlət bu çağırışların öhdəsindən səmərəli şəkildə gəlir", - o bildirib.

Podolyakın sözlərinə görə, Kiyev tərəfdaşları ilə birlikdə həllər üzərində işləyir.

Mənbə: Axar.az