​Monika Belluççi bunu edən ilk qadın oldu

​Monika Belluççi bunu edən
23:45 06.11.2022
358 Maqazin
A- A+

Məşhur aktrisa Monika Belluççi "Style Magazine" jurnalının üz qabığına çıxan ilk qadın olub.

Şəkillər jurnalın rəsmi instaqram səhifəsində yerləşdirilib. 58 yaşlı Monika Belluççi "Style Magazine" üçün "Dolce & Gabbana"nın geyimlərində poza verib. Fotoların müəllifi Laurent Humbertdir, aktrisanın stili üzərində isə Sesilie Martin çalışıb.

"Mən xəyallarımın nəticəsiyəm" deyə, üz qabığında qeyd edilib.

Müsahibədə Belluççi ilk növbədə, karyerası ilə deyil, ailəsi ilə bağlı olan gələcək planlarından danışıb:

"İşə getmək və ya qızlarımla qalmaq arasında seçim etməli olsam, qızlarımı seçəcəyəm".

Mənbə: Axsam.az