​Almaniyada benzinin qiyməti ölkə tarixindəki ən yüksək həddə çatıb

​Almaniyada benzinin qiyməti ölkə tarixindəki
09:45 07.11.2022
A- A+

2022-ci ildə benzin və dizel yanacağının qiyməti rekord həddə çatıb və ilin son iki ay bu statistikanı dəyişməyəcək.

Belə ki, bu ilin fevral ayından bəri ölkədə  dizel yanacağının qiyməti 2,30 avrodan, benzinin qiyməti isə 2,20 avrodan yuxarı olub.

Bildirilir ki, bundan əvvəlki rekord 2012-ci ildə qeydə alınıb. O zaman 1 litr premium E10 markalı benzinin qiyməti 1,589 avro, dizel yanacağının qiyməti isə 1,478 avro olub. 

Mənbə: iz.ru