Rusiya və İran arasında nüvə proqramına dair müzakirələr aparılıb.
Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Müzakirələr BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun milli əlaqələndiricilərinin Tehranda keçirilən iclası zamanı baş tutub.
Görüş Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında keçirilib.
Rusiya Xarici İşlər Nazirliyi əməkdaşlığı daha da gücləndirmək niyyətini təsdiqləyib.