“Rusiya Ermənistan və Azərbaycanı sabitliyi pozmaqdan çəkinməyə çağırır”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov gecə sərhəddə baş vermiş atışma ilə bağlı sualı cavablandırarkən mətbuata bildirib:
“Biz hər iki ölkəni gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkət və addımlardan çəkinməyə çağırırıq”.