​İstanbulda partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları var?

​İstanbulda partlayışda ölən və yaralananlar arasında
13:00 14.11.2022
225 Ölkə
A- A+

İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində aralarında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun yaydığı məlumatda deyilir.

“İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb. Xəsarət alanların 50 nəfəri ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanalarda müalicə alan 31 yaralı var. Onlardan 8-i əcnəbi vətəndaşdır. Müvafiq qurumlar tərəfindən verilən məlumata görə, ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur”, - konsulluqdan bildirilib.

Mənbə: APA