​Azərbaycanda saxta pul hazırlayan şəxs tutulub

​Azərbaycanda saxta pul hazırlayan şəxs
13:10 14.11.2022
424 Hadisə
A- A+

Xırdalan şəhərində saxta əskinas hazırlayan şəxs saxlanılıb.

DİN-dən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhərində yaşayan Qleb Kulikinin yaşadığı evə baxış zamanı oradan saxta pul hazırlamaq məqsədilə istifadə etdiyi 3 ədəd printer və 25 ədəd 20 manatlıq saxta əskinas aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.