"Sabah"ınn futbolçusu David Volkov Gürcüstan millisinə çağırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı hücumçu Mərakeş yığmasına qarşı yoldaşlıq oyunu üçün heyətədəvət olunduğu bildirilib.
Qeyd edək ki, Mərakeş - Gürcüstan matçı noyabrın 17 -də keçiriləcək.