​Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlıq formatı inkişaf etdiriləcək

​Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlıq formatı
14:00 14.11.2022
254 Siyasət
A- A+

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli hərbi əməkdaşlıq formatı inkişaf etdiriləcək.

Məsələ Tbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşü zamanı müzakirə edilib.

Gürcüstan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, söhbət zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji əlaqələrin dərinləşdirilməsinin, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Zakir Həsənovun səfər çərçivəsində Azərbaycan nümayəndə ilə birlikdə Gürcüstanın David Aqmaşenebeli adına Milli Müdafiə Akademiyasını da ziyarət edəcəyi bildirilib.