Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov vəzifəsindən ayrılıb.
Bu barədə o, özü məlumat verib.
“4 il işlədiyim kollektivdən-Dövlət Miqrasiya Xidmətindən- ayrılmaq məcburiyyətindəyəm. Bu müddət ərzində rəhbərlik etdiyim idarənin fəaliyyətini diqqətdə saxlayan, ideyaların reallaşdırılmasına vəsilə olan, hörmətini qazana bildiyim rəhbərliyə gələcəkdə də peşəkar əməkdaşlığımıza zəmin yaratdığına görə dərin təşəkkürümü bildirirəm” – deyə, o, qeyd edib.
O deyib ki, fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri kimi davam etdirəcək.