Çin lideri Si Cinpin və Fransa Prezidenti Emmanuel Makron Ukraynada atəşkəs və sülh danışıqlarının bərpasına çağırış ediblər.
Onlar bununla bağlı İndoneziyanın Bali adasında keçirilən G20 sammitində danışıblar. Bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayıb. Si Cinpin qeyd edib:
“Biz müharibəni dayandırmalı və sülh danışıqlarına başlamalıyıq. Çinin Ukrayna ilə bağlı mövqeyi dəyişməyəcək”.