​İsrail Dəniz Qübbəsini sınaqdan keçirdi

​İsrail Dəniz Qübbəsini sınaqdan
00:00 18.11.2022
279 Siyasət
A- A+

İsrail Hərbi Dəniz Qüvvələri “C-Dome” (Dəniz Qübbəsi) sistemini uğurla sınaqdan keçirib.

Bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Bildirilib ki, sınaq real təhdidləri simulyasiya edib, kompleks ssenarilərdə sistem tərəfindən hədəflərin uğurlu aşkarlanması və ələ keçirilməsini əhatə edib.

Məlumata görə, “C-Dome” Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin təkmil konfiqurasiyasıdır və Hərbi Dəniz Qüvvələrinin dörd “Sa'ar 6 Magen” sinif korveti ilə idarə olunur.