​Ağdaşda yol kənarında meyit tapılıb

​Ağdaşda yol kənarında meyit
09:15 18.11.2022
225 Hadisə
A- A+

Ağdaşda yol kənarındakı dayanacaqda meyit tapılıb.

Araşdırmalarla Ləki kəndində tapılan meyitin kənd sakini, 1956-cı il təvəllüdlü, tüfeyli həyat sürən, mütəmadi spirtli içki qəbul edən Umar Qasımov olduğu məlum olub.

Meyitin üzərində aparılan baxış zamanı hər hansı xəsarət aşkar edilməyib.