​Bakıda zoomağazadan səkkiz tutuquşu oğurlandı

​Bakıda zoomağazadan səkkiz tutuquşu
19:15 19.11.2022
265 Hadisə
A- A+

Bakıda zoomağazadan səkkiz tutuquşu oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə ərazisindən "Zil" markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb.

Araşdırmalarla onların M.Ə.Rəsulzadə qəsəbəsindəki zoomağazaların birindən 1000 manat dəyərində səkkiz ədəd tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlamaları da müəyyən olunub.