Fransa Prezidenti Emmanuel Makron müstəmləkə dövründə Afrikadan talan edilərək aparılmış mədəni irsin geri qaytarılması ilə bağlı verdiyi sözü tutmayıb.
Bu barədə "Afrika Nyus" məlumat yayıb.
Məlumata görə, 2017-ci ildə Emmanuel Makron tərəfindən verilən vəd hələ də yerinə yetirilməyib.
Qeyd edək ki, Makron açıqlamasında Afrika irsinin Afrikada sərgilənməli olduğunu bəyan etmişdi.