​Cəlilabdda 3 yaşlı qız kimyəvi həlledici içib

​Cəlilabdda 3 yaşlı qız kimyəvi həlledici içib
23:00 20.11.2022
311 Hadisə
A- A+

Cəlilabad şəhərində nəzarətsiz qalan azyaşlı, kimyəvi həlledici (rastvoritel) içib.

APA-nın Cənub bürosu xəbər verir ki, hadisə şəhərin Cavadxan küçəsində qeydə alınıb. 3 yaşlı Leyla Tahir qızı Bazarova boyaya qatılan kimyəvi həlledici içib.

Azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. O reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər azyaşlının vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.