​18 yaşından kiçik uşaqlara mobil telefon qadağası: Cərimə tətbiq olunacaq

​18 yaşından kiçik uşaqlara mobil telefon qadağası:
11:58 21.11.2022
216 Dünya
A- A+

Hindistanın Maharaştra əyalətinin bir kəndində 18 yaşından kiçik uşaqlara mobil telefondan istifadə etmək qadağan edilib.

Belə ki, yerli şura 18 yaşından kiçik uşaqların smartfonlardan istifadəsini tamamilə qadağan etmək qərarına gəlib. Təklif yekdilliklə qəbul edilib.

Bildirilib ki, hər hansı bir şəxs qanunu pozarsa, 200 rupi cərimə olunacaq. Lakin ilk pozuntuda şifahi xəbərdarlıq ediləcəyi bildirilib.

Kənd sakinləri bildiriblər ki, şura COVID-19 pandemiyası zamanı uşaqların smartfonlardan həddən artıq asılı olduqları qənaətinə gəlib və onlar bu yeni qərarın vəziyyəti düzəltəcəyini hesab edirlər.

İnternetdə mövcud olan rəqəmlərə görə kəndin əhalisi 2700 nəfərə yaxındır.

Mənbə: Tgrt haber