​Partiyaya il ərzində üzvlük haqqının yuxarı həddinə dair yeni tələb müəyyənləşir

​Partiyaya il ərzində üzvlük haqqının yuxarı həddinə dair yeni tələb
12:10 21.11.2022
215 Ölkə
A- A+

Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməyəcək.

Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Qanun layihəsinə əsasən, üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.

Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməzdi.