​Tuan Tuan adlı panda 18 yaşında öldü

​Tuan Tuan adlı panda 18 yaşında
12:18 21.11.2022
258 Maraqlı
A- A+

18 yaşlı Tuan Tuan adlı panda müalicə olunarkən ölüb.

Belə ki, sözügedən panda 14 il əvvəl Çin tərəfindən o vaxtkı isti münasibətlərin simvolu olaraq Tayvana hədiyyə edilib.

Bildirilib ki, keçən ay Tuan Tuanın beynində şiş aşkarlanıb və bu səbəbdən tibbi müayinələr üçün dərin anesteziyaya verilib. Lakin onun vəziyyəti düzəlməyəcək dərəcədə pisləşib.

Paytaxt Taypeyin meri Ko Ven-je İnstagram səhifəsində "Tayvan xalqına xoşbəxtlik gətirdiyi" üçün pandaya təşəkkür edib.

Mənbə: Milliyet