​BMT-dən Zaporejyeyə “nüvə fəlakəti” barədə XƏBƏRDARLIQ

​BMT-dən Zaporejyeyə “nüvə fəlakəti” barədə
13:58 21.11.2022
222 Dünya
A- A+

Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynada yerləşən Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyedə 19-20 noyabr tarixlərində güclü partlayışlar olduğunu bildirib.

Bildirilib ki, "MAQATE"nin bölgədəki ekspertləri partlayışların bir hissəsini pəncərələrindən görüblər. Bəzi binalara və avadanlıqlara ziyan vuran ondan çox partlayışın baş verdiyi bildirilir.

Eyni zamanda agentlikdən Zaporojyeyə “nüvə fəlakəti” barədə xəbərdarlıq edilib.

"Dünən və bu səhər komandamızdan aldığımız xəbər olduqca narahatedicidir", - "MAQATE"nin direktoru Rafael Qrossi deyib.

Mənbə: Milliyet