​Sahibkarlığın İnkişafı Fonduna sədr təyin olunub

​Sahibkarlığın İnkişafı Fonduna sədr
16:40 21.11.2022
240 Sosial
A- A+

İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Osman Xaliyev Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Osman Xaliyev 2020-ci ilin noyabrında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci ilin iyun ayının 1-dən isə İdarə Heyəti sədrinin müavini təyin olunub. Eyni zamanda, 2021-ci ilin avqust ayının 13-dən İdarə Heyətinin sədrinin vəzifələrini icra edib.