​Avropada təbii qazın qiyməti 3 % artıb

​Avropada təbii qazın qiyməti
13:00 22.11.2022
A- A+

Avropada təbii qazın birja qiymətləri 3 % artıb.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın dekabr fyuçerslərinin qiyməti günə 1255,6 dollarla başlasa da, sonradan artaraq 1 269,4 dollara (+3,1%) çatıb. Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 1 230,8 dollar) əsasən hesablanır.