​Göygöldə yeniyetmə qız dəm qazından boğularaq ölüb

​Göygöldə yeniyetmə qız dəm qazından boğularaq
16:40 22.11.2022
262 Hadisə
A- A+

Göygöl sakini dəm qazından boğulub.

Hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Sevinc Allahverdiyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.