​Azərbaycan XİN İndoneziyaya başsağlığı verib

​Azərbaycan XİN İndoneziyaya
17:45 22.11.2022
240 Siyasət
A- A+

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada zəlzələ ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Qərbi Yavada, İndoneziyada baş verən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan bu çətin gündə dost və qardaş İndoneziyanın yanındadır”.