Mardin Artuklu Universiteti Tibb Fakültəsinin təcrübəli anestezioloqu Dr. Hakan Akelmanın sosial media hesabındakı paylaşımı görənləri heyrətə gətirib.
Belə ki, Rusiyada xəstəxanada çəkildiyi iddia edilən görüntüdə əməliyyatla xəstənin mədəsindən 1 metr uzunluğunda ilan çıxarılıb. İlanın yeniyetmənin mədəsinə necə girdiyi məlum deyil.
"İllərdir anestezioloqam, ilk dəfədir belə bir hal görürəm. Təəccüblənməmək mümkün deyil. Görün endoskopik üsulla nə çıxarılıb" - deyə həkim qeyd edib.