​Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib

​Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə
13:35 23.11.2022
223 Siyasət
A- A+

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gedib.

Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.