​Görüntüləri izləyən hər kəsi təəccübləndirən hadisə: Qadın həkimin otağına girsə də...-FOTO

​Görüntüləri izləyən hər kəsi təəccübləndirən hadisə:
13:48 23.11.2022
218 Maraqlı
A- A+

Argentinanın paytaxtı Buenos Ayresdəki Finochietto Sanatorium xəstəxanasında bir neçə gün əvvəl dünyasını dəyişən qadının xəstəxanaya getdiyi anların görüntüləri hər kəsi şoka salıb.

Sözügedən görüntülərdə xəstəxananın mühafizəçisi xəstəxanaya gələn yaşlı qadına kömək üçün stul verib. Qadın piyada şəkildə gedəcəyini bildirdikdə mühafizəçi qadını həkimin otağına aparıb.

Qadın uzun müddət otaqdan çıxmadığı üçün mühafizəçi tibb bacılarına bu barədə xəbər verib . Tibb bacıları və mühafizəçilər həkimin otağına daxil olduqları zaman heç kimi tapmayıblar. Tibb bacıları vəziyyəti aydınlaşdırmaq üçün mühafizəçidən qadının adını soruşublar. Məlum olub ki, o, bir neçə gün əvvəl dünyasını dəyişib

Daha sonra xəstəxananın təhlükəsizlik kamerası görüntülərinə baxılıb. Görüntülərdə asayiş keşikçisinin mərhum qadının ruhu ilə danışdığı iddia edilsə də, qadının görüntüsü kamerada aydın əksini tapmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Haberler.com