​Sabirabad sakinini avtomobil vurub

​Sabirabad sakinini avtomobil
09:50 24.11.2022
250 Hadisə
A- A+

Sabirabad rayonunda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Allahverdiyev Cavid Cabir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.