​"Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq" - AMB sədri

​
10:10 24.11.2022
A- A+

Yanvar ayından beynəlxalq konsultantlarla birgə Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq.

Bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, strategiya 3 illik dövrü əhatə edəcək və istiqaməti iki hissəli olacaq. "Birinci hissə AMB-nin tranformasiyası, ikinci hissə maliyyə sektorunun transformasiyası ilə bağlı olacaq. Biz regulyator olaraq istəyirik ki, informasiya texnologiyalarının tətbiqi bazarda daha da inkişaf etsin"- deyə T. Kazımov əlavə edib.