Dünən Çində gündəlik koronavirusa yoluxma hallarının sayının rekord həddə çatdığı açıqlanıb.
Belə ki, ölkədə 31 min 444 nəfərdə koronavirus aşkarlanıb.
Bu günə qədər ən çox gündəlik yoluxma 29 min 317 nəfərlə aprelin 13-də görülmüşdü. Pekin, Şanxay, Quançjou və Chongqing də daxil olmaqla bir çox şəhər, hallar artdıqca karantin qaydalarını sərtləşdirib.
Pekin səlahiyyətliləri ticarət mərkəzləri, otellər və hökumət binaları kimi ictimai yerlərə daxil olmaq istəyən hər kəs üçün 48 saat ərzində mənfi PCR testinin nəticəsini tələb edirlər.
Qeyd edək ki, şəhərin məktəbləri onlayn dərslərə başlayıb.
Mənbə: Haber Global